Binəqədidə evdən 24,5 min manatlıq oğurluq edən yeniyetmə saxlanılıb

0
105
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Bakıda evdən 24,5 min manatlıq oğurluq edən yeniyetmə saxlanılıb.

Bu barədə Bineqedi.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7 500 manat pul və 17 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləPrezident: “Biz Qarabağ ermənilərinə normal həyat təklif edirik” – VİDEO
Növbəti məqalədəBinəqədi rayonunda sudan qeyri-qanuni istifadə halı aşkarlanıb