Binəqədidə açıq ərazi yanır

0
99

Paytaxtın Binəqədi rayonunda açıq ərazi yanır.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əvvəlki məqaləBinəqədidə qan vermə aksiyası keçirilib
Növbəti məqalədəBinəqədidə əvvəllər məhkum olunmuş şəxsdən bir kiloqramdan çox heroin götürülüb