Bakıda əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotik aşkar olunub.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan İbadovdan bir kiloqram 26 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.