Binəqədidə kişi güllələnib

0
132
altinci-polis-bolmesi

Avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyevin topuq nahiyəsindən xəsarət alması barədə polisə məlumat daxil olub.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi və Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İj” markalı tüfəng, ona aid yeddi ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi da baş verib.

Avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Qurban Aydın oğlu Mikayılovu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
Əvvəlki məqaləMəktəbli formaları ilə bağlı xəbərdarlıq
Növbəti məqalədəPrezidentin Xankəndi diplomatiyası