Ordumuz düşmənin PUA idarəetmə stansiyasını belə məhv etdi – VİDEO

0
54
mudafie-nazirliyi.

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın səyyar yerüstü idarəetmə stansiyasının məhv edilməsinin görüntlərini yayıb.

Həmin görüntüləri təqdim edirik:

 

Əvvəlki məqaləAsan pul qazanmaq istəyənlərin düşdüyü tələ – XƏBƏRDARLIQ + FOTO
Növbəti məqalədəBu nazirliyin səlahiyyətləri artırıldı – Fərman