Orta məktəb proqramını bilməyən müəllimlər dərs deyir – Nazir

0
147
emin-emrullayev-tehsil-naziri

Sertifikatlaşdırma göstərdi ki, təhsil siatemimizdə orta məktəb proqramını nəinki yaxşı, kafi belə verə bilməyən müəllimlər çalışıb.

Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

O bildirib ki, 2026-cı ilə qədər aparılacaq sertifikatlaşdırma çərçivəsində Pedoqoji heyətin 10-15 faiz yenilənməsini düşünülür:

“Yaxşı hal odur ki, müəllimlərin işə qəbulu prosesi çərçivəsində işə qəbul edilənlərin 80 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərir. Bu ildən etibarən Bakı şəhərində pilot olaraq metodiki xidməti başlayacağıq. Müəllimə dəstək sistemi yerində olmalıdır. Hazırda bu sistem çox zəifdir. Yüksək bal toplamış müəllimlər arasından metodist müəllimləri seçib, digərlərinə təlim keçmələrini təşkil etməyi düşünürük”.

Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.

O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq:

“Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki təhsili bir addım irəli apara biləcəyik. Bizə sadəcə səbir və vaxt lazımdır”.

Qeyd edək ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.

Pandemiya Azərbaycan təhsilinə əsaslı zərər vurdu. İki tədris ilinə yaxın biz onlayn tədris təşkil etdik. Bu dövrdə əsaslı təhsil geri getdi. Bu, öz təsirini növbəti onilliklərdə göstərəcək.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib. Nazir qeyd edib ki, belə məsələləri müzakirə etməkdən qorxmaq lazım deyil.

Pandemiyanın ayrı-ayrı qruplara, sosial qruplara təsiri oldu. Kəndlərdə, rayonlarda internet problemi var idi.

 

 

Əvvəlki məqaləVüsar İsmayılov və Kamaləddin Qafarov YAP fəalları ilə görüşdü – Fotolar
Növbəti məqalədə“Qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyev dühasının şah əsəridir”