YAP Binəqədi rayon təşkilatında ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

0
48

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun rayon təşkilatının ilk partiya təşkilatlarının sədrləri ilə görüşü keçirilib. Bineqedi.info xəbər verir ki, görüşdə bir sıra məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 10-17 sentyabr tarixlərində YAP nümayəndə heyətinin Çinə işgüzar səfərində iştirak etməsindən və səfər çərçivəsində keçirilən mühüm görüşlərdən söhbət açıb, təəssüratlarını bölüşüb. Həmçinin 19 sentybar tarixində YAP Binəqədi və YAP Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə tarixi Neft Daşlarına edilən ziyarət və orada keçirilən rəsmi tədbir haqqında ətraflı məlumat verib.

Ramiz Göyüşov çıxışında qarşıdan gələn Bələdiyyə seçkilərinə toxunaraq seçkilərin tarixindən və yüksək əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, rayon təşkilatı partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq artıq seçkilərə hazırlıqlara başlayıb. Bu istiqamətdə ilkin görüləcək işlərin müvafiq İş Planı hazırlanıb və ilk partiya təşkilatları ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan Bələdiyyə seçkilərində fəal iştirak etməlidirlər.

Daha sonra ilk partiya təşkilatlarında uçot-dəqiqləşdirmə işlərinin mütəmadi və operativ olaraq aparılmasının vacibliyini bildirib. Partiya üzvləri ilə daim ünsiyyətin saxlanılmasının və onlarla birgə layihələrin, tədbirlərin keçirilməsinin önəmini qeyd edib.

bineqedi-yap-yeni-azerbaycan-ramiz-goyusov

Ramiz Göyüşov çıxışının sonunda günümüzün mühüm sosial ünsiyyət vasitələrindən biri olan sosial şəbəkələrin aktiv rolundan danışıb. Vurğulayıb ki, partiya üzvləri sosial şəbəkələrdə daim fəal olmalı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən mühüm iqtisadi, siyasi, sosial islahatlar barədə maarifləndirici məlumatlar paylaşmalıdırlar. Həmçinin dövlətimiz və ölkə rəhbərliyi haqqında əsassız informasiyalar yayan, ictimaiyyəti çaşdırmağa cəhd edən xaricdən maliyyələşən bir qrup insan ifşa edilməli və həqiqətlər diqqətə çatdırılmalıdır.

 

bineqedi-yap-yeni-azerbaycan

Görüşdə çıxış edən ilk partiya təşkilatının sədri Arzuman Abdulkərimov da sosial şəbəkələrin artan gücündən danışıb. Partiya üzvlərini və gəncləri bu işdə fəal olmağa siyasi mübarizə metodlarında qarayaxma kampaniyası həyata keçirən şəxslərə qarşı qətiyyətlə mübarizə aparmağa çağırıb.

Əvvəlki məqaləSabirabad sakini Binəqədidə kirayə yaşadığı mənzildə ölü tapılıb
Növbəti məqalədəBu gün 5 rayonda qaz olmayacaq – SİYAHI