Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
5277
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M. Cəlal küçəsi 127 saylı ünvanda yağış sularının binanın I girişinin qarşısına yığılması, A.Məmmədov küçəsindən Gənclik və Elmlər Akademiyası metro stansiyasına marşrut xəttinin çəkilməsi və M.Cəlal küçəsi 83,85,87 saylı binaların həyətində parkın abadlaşdırılması, M.Kazımovski küçəsi 16a ünvanında (Pitomnik-Nəbabət bağı) ərazidən sahibsiz küçə heyvanlarının yığışdırılması, H.Babaşov küçəsi 16 ünvanında liftlərin yenisi ilə əvəz olunması, Abbas Qasımov küçəsi 209 ünvanında küçəyə asfalt örtüyünün vurulması və küçə işıqlarının yanmaması, M.Cəlal küçəsi 5 ünvanında mövcud işıq dirəklərində lampaların yenisi ilə əvəz olunması, M.Cəlal küçəsi 35 ünvanında binanın girişlərinin dezinfeksiya olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə TIR aşdı – Video
Növbəti məqalədəBu gün Azərbaycanda Anım Günüdür