Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
2653
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com-un məlumatına görə, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinlər, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Xan qızı, Şəhriyar Qasımov və Sərdarabad küçələrinin işıqlandırılması, 205 saylı məktəbin qarşısında piyada zolaqlarının yenilənməsi, 205 saylı məktəbin ərazisindən sahibsiz heyvanların ərazidən yığışdırılması, Əliağa Vahid küçəsində kanalizasiya xəttinin yuyulması, II mədən, korpus 90 və II mədən, korpus 68 ünvanlarına asfalt örtüyünün çəkilməsi, III mədən, korpus 125 ünvanına kanalizasiya xəttinin çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqalə“20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunub” – Samir Nuriyev
Növbəti məqalədəİlham Əliyevin Prezidentliyinin 20-ci ildönümü ilə əlaqədar Zərdabda tədbir keçirilib – FOTO