Nərimanov rayonu Sabit Rəhman küçəsi – Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən Xan Şuşinski – Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti – Sabit Rəhman küçəsinin kəsişməsinə qədər iki tərəfli yol bir tərəfli təşkil edilib.
Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.