Binəqədi rayonunun din xadimləri ilə görüş keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Binəqədi RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin müdir müavini Amal Məlikov, Binəqədi rayon ərazisində fəaliyyət göstərən məscidlərin dini icma sədləri, imamları və imam müavinləri iştirak etdilər. Görüşü giriş nitqi ilə açan Binəqədi RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı E.Məmmədov dövlət-din münasibətlərindən, dövlətin dini ibadət ocaqlarına qayğısından danışıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin müdir müavini Amal Məlikov ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb.
Görüşdə rayonda dini sahə ilə bağlı din xadimləri sual və təkliflərini bildiriblər.
Bineqedi.com