M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirilib – Fotolar

0
71
binqedi-elxan-allahverdiyev-tagi

2019-cu il sentyabr ayının 26-da, 115 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirilib.

Bineqedi.info saytı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edib.

binqedi-elxan-allahverdiyev-tagi-tagiyev1

Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

binqedi-elxan-allahverdiyev-tagi-tagiyev

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

binqedi-elxan-allahverdiyev-tagi-tagiyev2

Əvvəlki məqaləBinəqədinin millət vəkili – Quliyev Azay Əjdər oğlu
Növbəti məqalədəBinəqədidə 11 yaşlı qız yanğında ölüb