Binəqədidə 11 yaşlı qız yanğında ölüb

0
40
bineqedi-yangin-fhn-menzil

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Bineqedi.info saytı FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləM.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirilib – Fotolar
Növbəti məqalədəAzərbaycanın Birinci vitse-prezidentinə həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib