Binəqədidə daha bir güclü yanğın – Video

0
2048

Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən ticarət obyektində yanğın baş verib.

Bineqedi.com saytı FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Əvvəlki məqaləTƏBİB-dən qızılca xəstəliyi ilə bağlı – Çağırış
Növbəti məqalədəBinəqədidə yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələndilər