Binəqədidə ahıl sakinlərə diqqət – Tibbi müayinə olunublar

0
51

Binəqədi rayonunda 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.

 

bineqedi-rayonu-yap-bineqedi-teskilati-ahillar-gunu2.jpg

Bineqedi.info saytına verilən məlumata görə, təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Binəqədi rayon təşkilatının məhsul şəxsləri, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.

bineqedi-rayonu-yap-bineqedi-teskilati-ahillar-gunu3.jpg

Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilib və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar.

bineqedi-rayonu-yap-bineqedi-teskilati-ahillar-gunu1.jpg
Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatının kollektivi ahılları ziyarət edib – Fotolar
Növbəti məqalədəBinəqədidə “Şahmat” birinciliyinin qalibləri məlum olub – Fotolar