Daha bir uşaq qızılcadan öldü

0
2048
qizilca-usaq-hekim.png

Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

Bineqedi.com APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

O, ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub. Qızılcadan vəziyyəti ağırlaşan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

Əvvəlki məqaləBinəqədidə əsgər ailələrini aldadıb pulunu mənimsəyən dələduz – VİDEO
Növbəti məqalədəNazir: “Pensiya yaşına qədər işləməklə bağlı ağır qərarlar verməliyik”