Bakının Binəqədi rayonunda 1969-cu il təvəllüdlü Yəhyahev Yəhya Qeybulla oğluna məxsus birmərtəbəli fərdi yaşayış evində yanğın olub.
Bineqedi.com saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın Binəqədi qəsəbəsi, ikinci mədən adlanan ərazidə qeydə alınıb.
Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürən avtomobili cəlb edilib.
Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar.
Çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yaxınlıqdakı evlər yanğından mühafizə edilib.