Bu yolda cəzalar daha sərt olacaq – TƏFƏRRÜAT

0
2116
yol

Bakı-Sumqayıt yolunda ictimai nəqliyyatın axınını yaxşılaşdırmaq məqsədilə salınan avtobus zolağına qanunsuz daxil olan digər nəqliyyat vasitələri üçün cəza tədbirləri sərtləşdiriləcək.

Bineqedi.com saytı oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır:

“Bir sıra yeni nəzarət mexanizmi və müasir nəzarət cihazları tətbiq edilə bilər. Lakin bu məsələ hələ danışıqlar ərəfəsindədir, yekun razılıq alındıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Hazırkı vəziyyətdə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələri qanunla 40 manat məbləğində cərimə olunur. Ola bilər ki, bu cərimə məbləği bəzi sürücülər üçün o qədər də böyük rəqəm deyil. Lakin biz bu problemin həlli üçün daha ağır cəza tədbirlərinin tətbiqini həyata keçirəcəyik”.

“Bu gün üçün hələ ki tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ müzakirə edilmir”. 

O qeyd edib ki, Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur:

“İctimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı konkret fikir yoxdur. Bu, qətiyyən o demək deyil ki, biz bu məsələyə qayıtmayacağıq. Hazırda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ müzakirə edilmir. Bu o demək deyil ki, məsələ diqqətdən kənardır”.

Nazir müavini onu da qeyd edib ki, yerüstü tramvay xəttinin çəkilməsi müəyyən ərazilərin olmasını tələb edir.

“Biz bir sıra addımlar atacağıq ki, metroda orta hərəkət intervalını daha da aşağı salaq”. 

R.Hümmətov deyib ki, aparılan işlər nəticəsində metroda sərnişin artacaq:

“Dövlətimizin metroya diqqəti böyükdür. Məhz bu diqqət nəticəsində indiyə qədər yeni vaqonlar alınıb. İnanıram ki, bundan sonra da yeni vaqonların alınması davam edəcək. Bu isə metroya sərnişin axınını artıracaq”.

Nazir müavini həmçinin yollarda rənglərin silinməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu, bəzən rənglənmə zamanı tələb edilən maddənin miqdarının normadan az işlənməsi ilə bağlıdır və onun da keyfiyyətinin artırılması istiqamətində addımlar atılır.

Əvvəlki məqaləBinəqədidə müəllim vəfat etdi – FOTO
Növbəti məqalədəDaha bir uşaq qızılcadan öldü