Binəqədidə yol qəzasında 1 nəfər xəsarət alıb – FOTO

0
2124
yol polisi

Bakının Binəqədi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan “Toyota” və “Kia” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləNövbədənkənar prezident seçkiləri tariximizə əbədi həkk olunacaq
Növbəti məqalədəPrezident icbari tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi