Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
2245
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 9-cu mkr., M.Cəlal 105 ünvanında yerləşən binanın 5-ci girişində liftin yenisi ilə əvəz olunması; 9-cu mkr. M.Cəlal 105 ünvanının əhatəsində sahibsiz heyvanların yığışdırılması və qeyd olunan ünvanda yerləşən binaya verilən istiliyin dərəcəsinin artırılması; 9-cu mkr., A. Məmmədov küç. 56 ünvanının həyətində söhbətgahın quraşdırılması; 6-ci mkr., S.Məmmədov küçəsi 201 ünvanında yerləşən binanın girişlərinin və zirzəmisinin dezinfeksiya olunması və qeyd olunan ünvanın ərazisində mövcud işıq dirəklərində lampaların yenisi ilə əvəz olunması; 9A mkr., M. Cəlal küçəsi 3 ünvanında yerləşən binanın zirzəmisində kanalizasiya xəttlərinin təmiri; 6-ci mkr, R. Behbudov küç.1b ünvanında açıq havada olan istilik xəttlərinin izolyasiya olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləAzərbaycanda hərbçilərin pensiya yaşı artırılır
Növbəti məqalədəErmənilərdən fərqlənməyən fransızlar: bu dəfə hədəfdə Natəvandır – FOTO