Su sayğaclarını oğurlayanlar tutuldu

0
1843
bineqedi polis idaresi

Bakının Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini Anar Qəhrəmanov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Abbasov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə11-40 yaşarası insanlar qızılcaya qarşı peyvənd olunmalıdır – Rəsmi
Növbəti məqalədəValyutadəyişmədə bir müştəriyə 500 ABŞ dollarından artıq sata bilməzlər – YENİ QAYDALAR