Nazirlik: “COVID-19-un yeni ştammının Azərbaycanda yayılması haqqında məlumat yoxdur”

0
2100
coronavirus-korona

“COVID-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

İnfeksionist yeni ştammla bağlı bildirib ki, yeni “JN1” ştammı “Omikron”un altnövüdür:

“Sələfi olan “Pirola” ştammından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələlik bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. Onun daha ağır xəstəlik halları törədəcəyi təsdiq olunmur. Əksinə, son zamanlar bəzi ölkələrdə yoluxma hallarının sayında artımların olmasına baxmayaraq, ölüm hallarında azalma müşahidə edilir. Virusun bu altnövünün Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”.report.az

Əvvəlki məqaləAzərbaycan Fransaya nota verib, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib
Növbəti məqalədəDİN-dən vətəndaşların qeydiyyatı ilə bağlı MÜRACİƏT