Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb.
Bineqedi.com report-a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Elnur Rəhman oğlu Güliyev və 2000-ci il təvəllüdlü Elşən Hüseyn oğlu Əliyev birlikdə yaşadıqları Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bakıda azyaşlı oğlan və yeniyetmə qız itkin düşüb.
Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Y. Həsənov küçəsində yaşayan 9 yaşlı Bəkirov Onur Taleh oğlu və həmin qəsəbənin İ. Hacıyev küçəsində yaşayan 16 yaşlı Ş Əlişova evdən çıxaraq bir daha geri qayıtmayıblar.
Məlumata görə, Ş. Əlişova əmisinin evindən çıxaraq itkin düşüb. Bu barədə onun qohumu polisə müraciətində bildirib.
Faktlarla bağlı Binəqədi rayon Polis İdarəsinin 4 və 7-ci Polis Bölmələrində axtarış keçirilir.