Sabirabadda azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib

0
1619

Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Mübariz Musa oğlu Quliyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.

Əvvəlki məqaləPrezident İlham Əliyev Fərman imzaladı
Növbəti məqalədəTələbələrin yol və kirayə pulu dövlət tərəfindən VERİLƏ BİLƏR