Binəqədidə evdən 20 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

0
2825
besinci-polis-bolmesi.

Bakıda evdən 20 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 31-də paytaxt ərazisindəki evlərin birindən 20 000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBayram günlərində maska taxın! – Nazirlikdən çağırış
Növbəti məqalədəAzərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub