Binəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

0
2210
bineqedi-rumin.png
Binəqədi rayonunda dahi rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Kərimov, Rayon İcra Hakimiyyəti başçısıAparatının məsul əməkdaşları, rayon bələdiyyəsinin sədri Mürsəl Eminov, səfirliyin nümayəndələri, rayon ictimaiyyəti iştirak edirdilər.
Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq, iki ölkə arasında olan dostluq münasibətlərindən, bu cür mədəni tədbirlərin vacibliyindən, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığından, uzun illərdir dostluq əlaqələrindən, xalqlarımızın bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalarından söhbət açdı.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışında iki ölkə arasında olan dostluq münasibətlərindən, ötən 30 illik dövrdə Azərbaycan-Rumınya əlaqələrinin daim inkişaf etdiyindən söhbət açdı. Səfir söylədi ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ölkələr arasında həyata keçirilən əməkdaşlıq əlaqələrindən söhbət açdı və ölkələr arasında dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Bineqedi.com
Bir 10 nəfər və toy şəkili ola bilərBir 19 nəfər və ağac şəkili ola bilərBir 7 nəfər və Brandenburq qapısı şəkili ola bilərBir abidə və mətn şəkili ola bilərBir 5 nəfər və abidə şəkili ola bilərBir 13 nəfər, Brandenburq qapısı və mətn şəkili ola bilərBir 12 nəfər və abidə şəkili ola bilər
Əvvəlki məqaləQazilər üçün verilən müavinət artırıla bilər – RƏSMİ AÇIQLAMA
Növbəti məqalədəBir milyondan çox şəxsin pensiyası ARTIRILACAQ