Binəqədidə yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasının yeni təyinatı müəyyən olundu

0
1917

Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

Bineqedi.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyə xəstəxanada müasir tələblərə cavab verən yeni infrastrukturun yaradılması tapşırılıb.

“Məlum olduğu kimi, bu ilin iyulun 1-dən rayon, şəhər çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Sözügedən xəstəxananın da bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunması nəzərdə tutulub. Bu barədə ətraflı məlumatlar mütəmadi olaraq təqdim ediləcək”, – deyə əlavə edilib.

Əvvəlki məqaləBir milyondan çox şəxsin pensiyası ARTIRILACAQ
Növbəti məqalədəİnamın bariz nümunəsi