Binəqədi RİH başçısı M. Ə. Rəsulzadə qəsəbəsində səyyar qəbul keçirib – FOTOLAR

0
3835
bineqedi-resulzade-qesebesi.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqdi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 43 saylı avtobus xəttinin C. Cabbarlı küçəsindən keçməsi, İ. Hacıyev küçəsinə küçə işıqlarının çəkilməsi, İ. Hacıyev küçəsi 29 saylı evin qarşısında bir ədəd qurumuş ağacın götürülməsi və bir ədəd ağacın budanması, 8 Mart küçəsi, 45 saylı evin qarşısındakı tut ağacının budanması, 22-ci Dağlıq küçəsində qazın təzyiqinin aşağı olması, 22-ci Dağlıq küçəsində ağacın budanması, 8 Mart küçəsində yerləşən Ramin marketə milliön aparatının quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 11 nəfər və klarnet şəkili ola bilər
Bir 7 nəfər şəkili ola bilərBir 8 nəfər şəkili ola bilərBir 6 nəfər və mətn şəkili ola bilərBir 10 nəfər şəkili ola bilərBir 7 nəfər şəkili ola bilər
Əvvəlki məqaləQızılcanın əsas kliniki əlamətləri AÇIQLANIB
Növbəti məqalədəQanlı 20 Yanvar faciəsindən 34 il ötür