Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir.
Bineqedi.com saytı Binəqədi sakinlərinin dövlət başçısına ünvanladıqları məktublardan bəzilərini təqdim edir:
Möhtərəm cənab Prezident,
Siz vətəndaşlara hər zaman diqqət və qayğı göstərirsiniz. Sizə minnətdarlığımızı bildiririk. Sizin kimi Vətənini və xalqını sevən Prezidentimizin olması ilə fəxr edirik.
Biz Sizə inanırıq, Sizi sevirik.
Qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirik. Mən tam əminəm ki, seçkilərdə Siz qələbə qazanacaqsınız. Çünki xalqımız Sizi ən layiqli namizəd hesab edir və həmişə Azərbaycanın Prezidenti görmək istəyir. Sizə cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi qorusun!
Hörmətlə,
Hacıyev Anar.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
***
Hörmətli cənab Prezident.
Sizin komandanlığınızla 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmağımız Sizə bir daha bu xalqın rəğbətini qazandırdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Cənab Prezident, Siz Azərbaycan Respublikası tarixində Qələbə qazanan ilk Ali Baş Komandan olaraq tarixə düşdünüz. Bu gün Sizin uzaqgörən siyasətiniz sayəsində qalib xalq kimi başıuca gəzirik.
Prezident seçkilərində ailəmlə birlikdə Sizə səs verəcəyik. Sizinlə qürur duyuruq.
Hörmətlə,
Hüseynov Emil
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.
***
Hörmətli cənab Prezident,
Sizi ailəmiz adından salamlayır və təşəkkürümüzü bildiririk. Siz dahi insanın və rəhbərin layiqli övladı olduğunuzu sübut edərək tarixdə öz izinizi qoydunuz. Allah Sizə tükənməz enerji bəxş etsin.
Cənab Prezident, 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Sizə uğurlar arzu edirik. Sizi dəstəkləyirik, səsimiz hər zaman Sizindir.
Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Əhmədli Nuran.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
***
Hörmətli cənab Prezident.
Sizə edilən müraciətdən sonra Binəqədi qəsəbəsində göl kənarı asfalt yol çəkilmişdir. Həmin yolun çəkilməsi ilə bu istiqamətdə nəqliyyat sıxlığı problemləri aradan qalxmışdır. Buna görə Sizə təşəkkürümü bildirirəm.
Cənab Prezident, daxili və xarici siyasətinizi dəstəkləyərək qarşıdan gələn Prezident seçkilərində ailəmlə birlikdə Sizə səs verəcəyik.
Allah Sizi qorusun!
Hörmətlə,
Vəliyeva Sənubər,
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
***
Hörmətli cənab Prezident.
Erməni əsirliyində olan iki hərbçimizin qarşılıqlı razılaşma əsasında azad edilməsi və onların ailələrinə qovuşması təkcə iki ailəni deyil, minlərlə Azərbaycan ailəsini, bütövlükdə xalqımızı sevindirdi.
İki hərbçimizin əvəzində 32 erməni hərbçisinin qarşı tərəfə verilməsi ölkəmizin humanistliyini, sülhsevər ölkə olduğunu və xoş məramını bir daha göstərir. Həmçinin onu nümayiş etdirir ki, əsl qonşu belə olar: münaqişə yaradan yox, sülhsevər və humanist.
Tanrı Sizi və Azərbaycanı qorusun, cənab Prezident!
Hörmətlə,
Kərimova Yeganə
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.