Daha bir uşaq qızılcadan öldü

0
2099
qizilca-usaq-hekim.png

Astara rayonunda altı yaşlı uşaq qızılcadan ölüb.

Bineqedi.com saytı report-a istinadən xəbər verir ki, hadisə rayonunun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini – 2018-ci il təvəllüdlü Y.Ə.-də dörd gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləMSK səsvermənin ilkin nəticələrini elan etdi: İlham Əliyev 92,1% səslə liderdir
Növbəti məqalədəBinəqədidə avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib