Əvvəl atasını, sonra anasını baltalayıb: Dəhşətli qətlin təfərrüatları – FOTOLAR

0
2708

Dünən günorta saatlarında paytaxtın Xətai rayonunda baş verən cinayətin bir sıra detalları məlum olub. 25 yaşlı Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Onun cinayət üçün baltadan istifadə etdiyi bildirilir.

Yaxınları Əhmədin psixoloji problemlərinin olduğunu bildirib.

Qeyd olunur ki, onun psixoloji problemləri doğuşdan deyil, sonradan aldığı zədə ilə yaranıb. Belə ki, 25 yaşlı gəncin bir neçə il əvvəl idmanda başından ağır zərbə alıb və bu, sağlamlığına ciddi zədə vurub.

Əhməd Əhmədovun bir neçə dəfə Psixiatriya Xəstəxanasında yatdığı bildirilir. Qohumlar sonradan ailəyə onu psixi sağlamlıq mərkəzinə yerləşdirməyi tövsiyə etsələr də, ailə bununla razılaşmayıb. Əhmədin əvvəllər də bir nəfəri bıçaqladığı bildirilir.

Fotoda: Əhməd Əhmədov

Qeyd olunur ki, Əhməd ailəsi birgə yaşamayıb, onun üçün başqa mənzil və avtomobil alınıb. Məlumata görə, son günlər psixoloji problemləri daha da şiddətlənib. Bir neçə gün əvvəl atası Əhmədin yenidən xəstəxanaya yerləşdirilməsini istəsə də, o, bundan imtina edib.

“İki gün əvvəl Əhmədin atası Mehmanla bir yerdə idik. Mənə dedi ki, Əhməd dərmanlarını atmır. Dedi ki, həkimlə danışmışam, aparıb Mərdəkandakı xəstəxanaya qoyacam” – ailəyə yaxın şəxslərdən biri deyib.

 

 

Fotoda: Mehman Əhmədov (solda)

Məlumata görə, Əhməd subay olub: “Ailənin əli Əhmədin üstündə idi. Gündəlik 25-30 manat da pul verirdilər. Bir maşın da ayırmışdılar, taksi fəaliyyəti ilə məşğul olurdu”.

Ailə daxilində mülklə bağlı münaqişənin də olduğu bildirilir. Belə ki, “oxu.az” saytının yazdığına görə, Əhmədin bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış. Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və qardaşı Məhəmmədə verməkdir. Bundan sonra evdə söz-söhbət başlayıb. Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş.
Cinayət baş verən gün Əhməd marketlərin birində bıçaq almaq istəyib. Bıçaq ala bilməyən 25 yaşlı gənc cinayəti balta ilə törədib.

O, bacısını və 5 yaşlı qızını boyun və bel nahiyəsindən vurmaqla qətlə yetirib.

“Əhməd axşamtərəfi əvvəlcə atasını öldürüb. Daha sonra əli qanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğui məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb. Bu zaman market işçiləri polisə məlumat verib. Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb”, – “qafqazinfo” bildirir.

Fotoda: Bikə Əhmədova

1977-ci ildə anadan olan Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru olub. O, 2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2015-ci ildə məktəb direktorları və direktor müavinləri üçün məktəbin idarə edilməsi üzrə təlimlərdə iştirak edib. III və IV Qrant layihənin qalibi olub.

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.modern.az

Əvvəlki məqaləHər kəs yolda süpürgəçinin qarşısına zibil atan şəxsdən danışır – Video
Növbəti məqalədəPrezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib