Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

0
2923

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Bineqedi.com xəbər verir ki, bu barədə President.az xəbər verir.

Qeyd olunur ki, dövlətimizin başçısı və Birinci vitse-prezident ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

***

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı və Birinci vitse-prezident Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.

Sonra xatirə şəkli çəkdirilib.

Əvvəlki məqaləNazirlər Kabineti bu gün istefa verəcək
Növbəti məqalədəBinəqədi Tibb Mərkəzinə direktor təyin edildi – Foto