Binəqədidə avtomobil 65 yaşlı qadını vuraraq öldürüb

0
2200
tecili yardim

Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində qeydə alınıb.

Eldəniz Həsənovun idarə etdiyi “Ford Transit” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Əvvəlki məqaləMəktəbdəki biabırçı hadisəyə direktordan MÜNASİBƏT: “Şagird dedi, zarafatla etmişəm” – VİDEO
Növbəti məqalədəRamazan ayının başlayacağı vaxt AÇIQLANDI