Bakıda sürücülər arasında yol verməməyə görə insident yaşanıb, xəsarət alan var.
Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Pərviz Qasımov idarə etdiyi “KIA Forte” markalı maşınla hərəkətdə olan zaman qeydiyyat nişanı bilinməyən VAZ-2115 markalı avtomobilin sürücüsü ilə yol verməmək üstündə yaranmış mübahisə nəticəsində xəsarət alıb. Sürücü aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.