“Bilirdim ki, prezident məni xilas edəcək” – Ruslan Pənahov

0
4128

“Özümü yaxşı hiss edirəm. Səhhətim də normaldır”.

Bineqedi.com xəbər verir ki, bu sözləri Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahov deyib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən əsgərimiz Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bilirdim ki, məni əsirlikdən xilas edəcək. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək, bu vətənə öz borcunu qaytaracaq”.

Bu sözləri açıqlamasında Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahovun atası Eldəniz Pənahov bildirib.

“Mən ilk öncə ölkə başçısına dərin təşəkkürümü bildirirəm. Mənim övladım əsir düşmüşdü. Şükürlər olsun, öz torpağına, öz vətəninə sağ-salamat qayıtdı. Oğlumun əsirlikdən xilas olmasında zəhmət çəkən hər kəsə dərin minnətdaram” – E.Pənahov əlavə edib.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.

Əvvəlki məqaləBinəqədidə “Dəyərlərimizi qoruyaq!” adlı tədbir keçirilib – Foto
Növbəti məqalədəPaşinyan uçurumun kənarına çatdı