Agentlikdən valideynlərə ÇAĞIRIŞ: “Təşvişə düşməyin”

0
2446

Ötən gün sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.

Edilən paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.

Bineqedi.com xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, yayılan məlumatlardan xəbərdardırlar:

“Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə səsləyirik”.

***

Teleqram kanalında məktəblərə silahlı hücum ediləcəyi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatda Bakının bir sıra orta məktəblərinə və ticarət mərkəzlərinə silahlı basqın olacağı bildirilib.

Qruplaşmanın sosial şəbəkələrdə həyəcan yaradan çağırışı ilə bağlı DİN rəsmi açıqlama yayıb. Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.

 

Əvvəlki məqaləMetronun “28 May” stansiyasının qarşısındakı yoldan istifadə edən sürücüləri hansı cərimə gözləyir? – FOTO
Növbəti məqalədəPrezident İlham Əliyev və Tokayev Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər – FOTO