Binəqədidə iki ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb

0
3571
bineqedi-qetl-kafe-polis-binagadi

Bakının Binəqədi rayonunun Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” avtomatı, 59 ədəd patron və 2 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının fevral ayının əvvəlindən indiyədək keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb.

Həmin şəxslərdən 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib. Qeyd edilən dövrdə vətəndaşlarla aparılaran profilaktik söhbətlər zamanı 13 ədəd odlu silah və 3600 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.

***

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Amin Bəkirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla onun Nəsimi rayonu ərazisində mağazaların birindən 470 manat pul, 2140 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlaması müəyyən edilib.

Əvvəlki məqaləYoldaşı vəfat edəndən sonra evlənsə belə, uşağına baxan ata pensiyaya tez çıxacaq
Növbəti məqalədəElxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO