Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar görüş keçirilib.
Bineqedi.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Şuranın üzvləri və rayon ərazisində fəaliyyət göstərən QHT-lərin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək Şuranın fəaliyyətindən, gördüyü işlərdən, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söz açıb.
Digər çıxış edənlər vətəndaşlar tərəfindən qaldırılan problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən işlərdən, eyni zamanda İctimai Şuranın daha aktiv fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıblar.
Bineqedi.com