Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
3588
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndə və nümayəndəliyin əməkdaşları, bələdiyyə sədri və bələdiyyənin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospektində sahibsiz heyvanlarının yığışdırılması; K.Rəhimov küçəsi 53 ünvanında binanın dam örtüyünün, zirzəminin əsaslı təmiri; İ.Dadaşov küçəsi 71 saylı ünvanda qurumuş ağacların kəsilməsi; A.Kunanbayev 9a saylı binanın həyətində yerləşən futbol meydançasının təmir edilməsi; Ə.Naxçivani küçəsi 35, 34a, və 34b saylı binaların həyətində söhbətgahların təmiri; Mahal MTK-nın fəaliyyətindən narazılıq ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləBağanis-Ayrım soyqırımından 34 il ötür
Növbəti məqalədəBinəqədidə avtomobildən oğurluq edənlər SAXLANILDI