Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb.
Bineqedi.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-nə keçən gecə Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən maqnitofon, akkumulyator və səsgücləndiricilərini oğurlamaqda şübhəli bilinən Xamis Tapdıqov və İmamqulu Məmmədov saxlanılıblar.
Araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.