Bakının Binəqədi rayonunda qazın verilişində məhdudiyyətlər olacaq.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Abay Kunanbayev, Fərman Məlikov, Süleyman Sani Axundov, İlham Hacıyev küçələrində və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Eyni zamanda, Biləsuvar rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan daşıyıcı kəmərdə yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar 19 yaşayış məntəqəsi olmaqla 16 000 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.