Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
4105
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev küçəsində sahibsiz heyvanların yığışdırılması, A.Kunanbayev 1 saylı binanın liftlərində olan problemlərin aradan qaldırılması və həmin ünvanda quru ağacların götürülməsi, S.S.Axundov küçəsində (İnqilab kinoteatrının qarşısı) əvvəl mövcud olmuş sərnişin dayanacağının bərpası, İ.Dadaşov küçəsi 71 saylı binanın həyətində olan quru ağacların götürülməsi, F.Məlikov 3a ünvanında ağacların götürülməsi və F.Məlikov 4 ünvanında kanalizasiya xəttlərinin tutulması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 9 nəfər şəkili ola bilər
Bir 6 nəfər və platforma şəkili ola bilər
Bir 7 nəfər şəkili ola bilər
Əvvəlki məqaləPrezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
Növbəti məqalədəFaşizm üzərində qələbədən 79 il ötür