Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirildi – FOTO

0
3270
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəbulu keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların fərdi qəbulu keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən rayon sakinlərinin müraciətləri dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verildi.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə “Narkotiksiz gələcək naminə!” mövzusunda tədbir keçirilib – FOTO
Növbəti məqalədəPrezident Fərman imzaladı