Aeroport yolunda “yarışan” sürücülər 5000 manat cərimələndilər – VİDEO

0
2188
bineqedi bileceri yolu

Bakının Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb.

Bineqedi.com xəbər verir ki, Bakı Şəhər DYP İdarəsindən milli.az-a verilən məlumata əsasən, “Mercedes” markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və “Mercedes” markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar.

Əvvəlki məqalə30 il sonra alınan İNTİQAM: “Azərsu” əməkdaşı QƏTLƏ YETİRİLİB
Növbəti məqalədəViza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi