Binəqədi Rayon İcra Hakimiyyətində yeni TƏYİNAT

0
71

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı gerçəkləşib.

Bineqedi.info saytı belediyye.info-ya istinadən xəbər verir ki, icra başçısı Elxan Allahverdiyevin müvafiq əmri ilə bundan əvvəl RİH başçısının köməkçisi işləyən Cahangirzadə İskəndər Kamil oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, bundan əvvəl həmin şöbənin müdiri işləmiş, YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov RİH-dəki dövlət qulluğuna xitam verərək təqaudə çıxıb.
Qeyd edək ki, 38 il dövlət qulluğunda çalışan Ramiz Göyüşov uzun müddət Mingəçevir ŞİH və Binəqədi RİH-də məsul vəzifələrdə çalışıb və hazırda YAP-ın Binəqədi təşkilatının sədri vəzifəsində fəaliyyətini davam etdirir.

Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatının bu fəalları ilə görüş keçirilib – Fotolar
Növbəti məqalədəBakıda ən çox məcburi köçkün Binəqədi rayonunda yaşayır