Bakıda ən çox məcburi köçkün Binəqədi rayonunda yaşayır

0
62

“Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədi rayonunda yaşayır”.

Bineqedi.info xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı şəhərindəki yataqxanalarla bağlı yaradılan komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub.

O bildirib ki, komissiya yataqxanalarda elektrik naqillərinin vəziyyətini də yoxlayıb: “Baş nazirin müavini Əli Əhmədovla birlikdə bununla bağlı üç dəfə geniş iclas keçirilib. Hazırda bu komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub”.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində yeni TƏYİNAT
Növbəti məqalədəBinəqədidə məsul vəzifələrə yeni təyinatlar – Başçı gənclərə vəzifə verdi – Foto