Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib – FOTO

0
3281
Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində 17 İyun- Azərbaycan Respublikası Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi.
Bineqedi.com-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin publik-hüquqi şəxsin baş direktoru Müşviq Mirzəyev və rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Sevinc Süleymanova səhiyyə nümayəndələrini “Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə təbrik edərək, Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlardan, maddi-texniki bazanın təkmilləşdirilməsindən, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərdən və əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artığından geniş bəhs etdi. Həmçinin əlavə etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Ölkəmizdə tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.
Sonda tədbirdə iştirak edən səhiyyə işçiləri adından Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi-nin publik-hüquqi şəxsin baş direktoru Müşviq Mirzəyev tibb müəssisələrində yaradılan şəraitə və onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.
Tədbirin yekununda fərqlənən bir qrup tibb işçisinə Fəxri Fərmanlar təqdim edildi.
Əvvəlki məqaləSürücülərin nəzərinə: Avtomobillərin texniki müayinəsində YENİLİKLƏR
Növbəti məqalədəElxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto