Binəqədidə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi – FOTO

0
2177
Binəqədi rayon ərazisində yerləşən N saylı hərbi hissədə 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Çıxış edən qonaqlar hərbi hissənin şəxsi heyətini bu əlamətdar gün münasibətilə təbrik edərək, milli ordunun yaranma tarixi və keçdiyi şərəfli yoldan, ordu quruculuğuna göstərilən dövlət qayğısından, Vətən müharibəsində dünyanı heyrətə salan şanlı Zəfərimizdən söhbət açdılar.
Tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evinin solistlərinin ifasında konsert proqramı ilə davam etdi.
Bir 12 nəfər şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi – FOTO
Növbəti məqalədəBioloji aktiv qida məhsullarına dair tələblər dəyişir