Aİ-92 markalı benzinin sərfiyyatı artıb? – RƏSMİ AÇIQLAMA

0
2394

Son vaxtlar sosial şəbəkələrdə Aİ-92 markalı benzinin sərfiyyatının artması ilə bağlı müzakirələr gedir.

Bineqedi.com oxu.az-a istinadən xəbər verir ki, sürücülər qiymət artımından sonra yanacaq sərfiyyatının artdığını, aldıqları yanacağın daha tez bitdiyini qeyd edirlər.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, yayılan məlumat həqiqəti əks etdirmir.

“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib.

Əvvəlki məqaləPrezidentdən Məleykə Abbaszadə ilə bağlı sərəncam
Növbəti məqalədəBinəqədidə iki nəfərə bıçaqla xəsarət yetirən gənc saxlanılıb