Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçmiş “ASAN könüllü”ləri ilə görüş – Fotolar

0
88

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçmiş 14,15 və 16- cı qrup “ASAN könüllü”ləri ilə görüş keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, ictimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçi Kənan Kərimov və “ASAN könüllü”ləri iştirak ediblər.

bineqedi-rayonu-icra-hakimiyyeti1.jpg
Son illərdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsat aldığını qeyd edən Elxan Allahverdiyev ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini bildirib.

E. Allahverdiyev ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının dövlətimizin başçısı İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.
Sonda gənclərə sertifikatları təqdim edilib.

bineqedi-rayonu-icra-hakimiyyeti3.jpg

Əvvəlki məqaləBinəqədidə səhiyyə: Respublika Əlillərin Bərpa Mərkəzi barədə məlumatlar
Növbəti məqalədəBinəqədidə həyətdən kombi və su mühərriki yoxa çıxmışdı – Səbəbi bilindi